Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Oğurluğa görə 7 nəfər saxlanıldı - ÖZƏL

14 Aug 2018 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

Press.Az xəbər verir ki, Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avqustun 11-də L.Musayevanın mobil telefonunu oğurlayan Yevlax rayon sakini Nicat Hüseynovu saxlayıblar.

Bundan başqa, Nəsimi RPİ 22-ci polis şöbəsinin əməkdaşları iyulun 24-də rayon ərazisindəki 2 avtomobildən mobil telefonlar oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Hüseynovu saxlayıblar.

Xətai RPİ 36-cı polis bölməsinin əməkdaşları tərəfindən idman zallarının birindən 3 vətəndaşa məxsus mobil telefonları oğurlayan Bakı şəhər sakini İlkin Quliyev saxlanılıb.

Sumqayıt ŞPİ 3-cü polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 14-dən avqustun 12-dək olan müddətdə, 9 nəfərin velosipedlərini oğurlayan Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Anar Fərəcov saxlanılıb.

Şamaxı RPŞ-nin əməkdaşları iyulun 26-da evlərin birindən 900 metr elektrik naqili oğurlayan yeniyetməni saxlayıblar.

Neftçala RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 12-də rayon ərazisindəki evlərin birindən 20.000 manat dəyərində qızıl əşyalar oğurlayan rayon sakini Nuruş Əmənov və Salyan rayon sakini Murad Ələkbərov saxlanılıblar.

Oxşar xəbərlər
OTACI