Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda əcnəbinin velosipedini oğurlayan şəxs saxlanıldı

09 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı şəhərinin Səbail rayonunda oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən Press.az-a verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də xarici ölkə vətəndaşına məxsus 900 dollar dəyərində “Speeds” markalı velosipedi oğurlamaqda şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş, 1986-ci il təvəllüdlü, Neftçala rayon sakini Vüqar Muxtarov saxlanılıb.

Şübhəli şəxs barəsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlayıb, onun ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər
OTACI