Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Astarada meşədə adam öldürməyə cəhd edən gənc həbs edilib

27 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İyulun 21-də Astara rayonu ərazisində 1990-cı il təvəllüdlü Nadir Rüstəmovun bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.  

Astara rayon Prokurorluğunda verilən məlumata görə, dərhal hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla 1993-cü il təvəllüdlü Həbib Şabanovun rayonun Bəndəsər kəndində yerləşən meşədə aralarında baş vermiş mübahisə nəticəsində Nadir Rüstəmova bıçaq xəsarətləri yetirməklə onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə Həbib Şabanov Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

APA

Oxşar xəbərlər
OTACI