Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda taksi sürücüsünə qarşı quldurluq törədilib

27 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda taksi sürücüsünə qarşı quldurluq törədilib

Press.Az xəbər verir ki, iyulun 22-i gecə saat 1 radələrində Binəqədi RPİ 6-cı polis bölməsinə müraciət edən vətəndaş H.Məmmədov bildirib ki, Biləcəri qəsəbəsində, naməlum şəxslər idarə etdiyi “Chevrolet” markalı  avtomobilə sərnişin qismində əyləşib, onları Xırdalan şəhərinə aparmalarını deyiblər. Sonradan bıçaqla hədələyərək, baş nahiyəsinə xəsarət yetiriblər və avtomobildən düşürərək, nəqliyyat vasitəsini ələ keçiriblər. 

Əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhər sakinləri Ə.Əliyev, S.Quliyev və Bakı şəhər sakini F.Başaəli saxlanılıblar. Cinayətdə iştirak etmiş daha 2 nəfərin şəxsiyyətləri müəyyən edilib və onların axtarışı davam etdirlir.

Ələ keçirilən avtomobil Masazır qəsəbəsinə yerləşən dayanacaqdan aşkar edilib. 

Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Oxşar xəbərlər
OTACI