Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mağazada müştərinin çantasını oğurlayan şəxs tutulub

27 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Mağazada müştərinin çantasını oğurlayan şəxs tutulub

Press.Az xəbər verir ki, iyulun 24-də Nizami rayonu ərazisindəki mağazada işləyən Bakı şəhər sakini S.Muradovun, içərisində 550 manat pul, mobil telefon, şəxsiyyət və sürücülük vəsiqələri olan çantasının oğurlanması barədə 25-ci Polis Şöbəsinə müraciət daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini H.Şahbazlı və Bakı şəhər sakini İ.Hüseynli saxlanılıblar.

Nizami RPİ-də CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Oxşar xəbərlər
OTACI