logo
First slide

Azərbaycanda icra başçısının qardaşı oğlu bıçaqlandı - FOTO

26 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Rayon sakini, əvvəllər məhkum olunmuş Cəbrayılov Səməd Surxay oğlu yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən bıçaqlanıb.

S.Cəbrayılov yaxınlarının köməkliyilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyat olunub. Hazırda vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, S.Cəbrayılov Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadənin qardaşı oğludur. O, bir müddət əvvəl Göyçay Rayon Gənclər Mərkəzinin rəhbəri və İcra Hakimiyyətində şöbə müdiri vəzifələrində çalışıb.

Faktla bağlı araşdırma aparılır.

Oxu.az

Oxşar xəbərlər
Category news

tr_star

06 Aug 2020