Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kürdə batan şəxslərdən birinin meyiti tapılıb, digəri axtarılır

11 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kürdə batan şəxslərdən birinin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Press.az-a verilən məlumata görə, 09.07.2020-ci il tarixində Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun axtarışları davam etdirilir.

Oxşar xəbərlər
OTACI