Nəsimi rayonunda mağazadan oğurluq edən şəxs tutulub
Press.Az xəbər verir ki, Nəsimi RPİ 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 28-də rayon ərazisindəki mağazadan, içərisində 1530 manat və 200 dollar, habelə sənəd olan pul kisəsini oğurlayan Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş K.Alcanov saxlanılıb.
Nəsimi RPİ-də CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.