Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xaçmaz və Beyləqanda piyadalar vurularaq, öldürülüb

04 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xaçmaz və Beyləqanda piyadalar vurularaq, öldürülüb

Press.Az xəbər verir ki, iyunun 3-ü saat 9 radələrində Xaçmaz şəhəri ərazisində, şəhər sakini Ə.Bəşirov idarə etdiyi “Mercedes” markalı yük avtomaşını ilə həmyerlisi Xanım Ələsgərovanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bundan başqa, həmin gün saat 21 radələrində Beyləqan rayonunun Xalac kəndində, Füzuli rayon sakini M.Sadıqov idarə etdiyi “VAZ-21063” markalı avtomobillə Əhmədli kənd sakini Həkimxan Şükürovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Oxşar xəbərlər
OTACI