Nərimanovda yeniyetmə mağazadan oğurluq edib
Press.Az xəbər verir ki, Nərimanov RPİ 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 21-də rayon ərazisindəki mağazadan 902 manat pul və alışqan oğurlayan Gəncə şəhər sakini olan yeniyetmə saxlanılıb.
Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.