Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda avtomobillərdən oğurluq edənlər saxlanılıb

01 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda avtomobillərdən oğurluq edənlər saxlanılıb

Press.Az xəbər verir ki, Nəsimi RPİ 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini V.Aslanovun “Audi” markalı avtomobilindən noutbuk oğurlayan Saatlı rayon sakini C.Həmidov, paytaxt sakinləri, əvvəllər məhkum olmuşlar S.Bayramov və A.Zamanov saxlanılıblar.

Bundan başqa, Yasamal RPİ 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində

Bakı şəhər sakini S.Novruzovun “Toyota” markalı avtomobilindən 100 manat pul və mobil telefon oğurlayan Lənkəran rayon sakini S.Gözəlov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

 

Oxşar xəbərlər
OTACI