Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cəlilabadda “Range Rover”dən 6 kiloqramdan artıq narkotik götürüldü

30 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cəlilabad rayonu ərazisində saxlanılmış “Range Rover” markalı avtomobildən 4 kiloqramdan artıq heroin və 2 kiloqramdan artıq tiryək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Press.az-a verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini M.Həsənovun idarə etdiyi “Range Rover” markalı avtomobil Gülməmmədli kəndi ərazisində saxlanılıb. Sürücü və sərnişinləri - Yevlax rayon sakinləri S.İsgəndərov və E.Hüseynli RPŞ-yə gətiriliblər.

Avtomobilə baxış zamanı oradan çəkisi 4 kiloqram 190 qram olan heroin və 2 kiloqram 20 qram tiryək aşkar edilərək götürülüb.

Oxşar xəbərlər
OTACI