Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı və Sumqayıt sakinlərindən marixuana götürülüb

25 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı və Sumqayıt sakinlərindən marixuana götürülüb.

Press.Az xəbər verir ki, DİN Nəqliyyatda Baş Polis İdarəsi (NBPİ) əməkdaşlarının Zabrat dəmir yolu stansiyasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Kərimullayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 470 qram marixuana götürülüb.

Bundan başqa, həmin idarənin əməkdaşları Şirvan dəmir yolu stansiyasının ərazisində keçirdikləri əməliyyat tədbirləri Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş R.Nəcəfov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 475 qram marixuana aşkar edilib.

Faktlarla bağlı CM-nin 234-cü maddəsi ilə cinayət işləri başlanılıb.

Oxşar xəbərlər
OTACI