Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Binəqədi rayonunda avtomobillər qaçıran şəxslər tutulub

19 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Binəqədi rayonunda avtomobillər qaçıran şəxslər tutulub

Press.Az xəbər verir ki, Binəqədi RPİ 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da Bərdə rayon sakini E.Əliyevin “Lada Priora” markalı avtomobilini qaçıran Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Behbudov avtomobillə birlikdə Biləcəri qəsəbəsində saxlanılıb.

Bundan başqa, Binəqədi RPİ 43-cü polis bölməsinə müraciət edən paytaxt sakini Ə.Əliyev, mayın 17-də Binəqədi qəsəbəsi ərazisindən “Ravon” markalı avtomobilinin qaçırıldığını bildirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıran Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Cəfərov Bilgəh qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. 

 

Oxşar xəbərlər
OTACI