Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda nəqliyyat vasitələrindən oğurluq edənlər saxlanılıb

18 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda nəqliyyat vasitələrindən oğurluq edənlər saxlanılıb

Press.Az xəbər verir ki, DİN Nəqliyyatda Baş Polis İdarəsi, Yasamal RPİ 29-cu və Nərimanov RPİ 17-ci polis şöbələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaş R.İbrahimova məxsus “Hyundai” markalı avtomobilin dövlət qeydiyyat nişanlarını və “TO-30” markalı 2 traktordan 5 ədəd akkumulyator oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb.

Araşdırma zamanı onun, mayın 13-nə keçən gecə Nərimanov rayonu ərazisində “Mercedes” markalı avtomobildən akkumulyator oğurlaması, habelə oğurladığı dövlət qeydiyyat nişanlarını idarə etdiyi “Hyundai” markalı avtomobilin üzərinə quraşdırmaqla oğurluq etməsi də müəyyən edilib.

Bundan başqa, Sabunçu RPİ 12-ci polis şöbəsinin əməkdaşları Ramana qəsəbəsi ərazisində 2 “Mercedes” markalı avtomobilin təkərlərini oğurlayan Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Səfərov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

 

Oxşar xəbərlər
OTACI