Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gəncə sakini külli miqdarda narkotiklə tutuldu - FOTO

14 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazrliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər də dəfələrlə məhkum olunmuş, 52 yaşlı Arif Babayev şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan sellofan torbada 2 kiloqram 50 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Zaqatala RPŞ-nin İstintaq bölməsində A.Babayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Oxşar xəbərlər
OTACI