Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİN rəsmisindən taksi sürücülərinə xəbərdarlıq: “Yolverilməzdir!”

02 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Taksi sürücüləri ilə maşına 4 müştərinin götürülməməsi ilə bağlı daima söhbət aparılır".

Press.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

O həmçinin bildirib ki, maşınların salonlarının dizenfeksiya edilməsi məsləhət görülür: "Əgər qaydaları pozan şəxs olsa onlar barədə müvafiq tədbirlər görüləcək".

Brifinqdə çıxış edən Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli isə əlavə edib ki, bu günə qədər taksi kimi fəaliyyət göstərən 12 minə yaxın nəqliyyat vasitəsi dezinfeksiya olunub.

Oxşar xəbərlər
OTACI