Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qaradağda mağaza və avtomobillərdən oğurluq edən 2 nəfər tutulub

31 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qaradağda mağaza və avtomobillərdən oğurluq edən 2 nəfər tutulub

Press.Az
xəbər verir ki, Qaradağ RPİ 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 1 mağazadan 6 ədəd mobil telefon, 2 avtomobildən 2 ədəd videoqeydiyyat qurğusu oğurlayan, habelə 1 avtomobildən oğurluğa cəhd göstərən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – R.Məmmədov və V.Cavadov saxlanılıblar.

Araşdırma zamanı, onların daha 4 avtomobildən pul, mobil telefon və yan güzgülərini oğurlamaları məlum olub.

Qaradağ RPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Oxşar xəbərlər
OTACI