Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sumqayıt sakinləri Balakəndə narkotiklə tutuldu

26 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Balakən polisi üzərində narkotik maddə olan şəxsləri saxlayıb. 

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları Balakən şəhəri ərazisində hərəkətdə olan “Opel” markalı avtomobil saxlayıb. 

Bu zaman sürücü və sərnişinlərdə narkotik vasitə saxlamaqda şübhəli hərəkətlər hiss edildiyindən, həmin nəqliyyat vasitəsi və şəxslər Polis Şöbəsinə gətiriliblər. 

Onların Sumqayıt şəhər sakinləri 36 yaşlı Fuad Quliyev, 34 yaşlı Şahin Səfərov və 45 yaşlı Zaur Əlizadə olduqları müəyyənləşib. 

Şəxsi axtarış zamanı F.Quliyevdən sellofan torbada 230 qrama yaxın narkotik vasitə - qurudulmuş marixuana, Z.Əlizadədən siqaret qutusunda psixotrop maddə - metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb. 

Ş.Səfərova məxsus “Opel” markalı avtomobilə baxış keçirilən zaman oradan da metamfetamin və qurudulmuş marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

 

Oxşar xəbərlər
OTACI