logo
First slide

Bakı sakini intiharını telefonunun kamerasına çəkdi

19 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının Yasamal rayonunda ailə başçısı intihar edərək bunu telefonunun kamerasına çəkib.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Martın 18-də axşam saatlarında 1984-cü il təvəllüdlü Sərxan Suvarov mənzilində özünü asıb. Bu zaman evdə ondan başqa heç kim olmayıb. Kişinin cəsədi saat 21:45 radələrində evə qayıdan həyat yoldaşı tərəfindən aşkarlanıb. Bundan əlavə, qadın ərinin mobil telefonunu videoçəkiliş vəziyyətində tapıb.

Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə cinayət işi açılıb.

S.Suvarovu intihara vadar edən səbəblər müəyyənləşdirilir.

Oxu.az

Oxşar xəbərlər