Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Astarada keçmiş məhkumun evindən 3,7 kiloqram narkotik aşkarlandı - FOTO

16 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində 3,7 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə,Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayon Ərçivan qəsəbəsinin sakini, əvvəllər məhkum olunmuş Şükür Səmədov 1 bükümdə narkotik vasitə olan heroini satarkən cinayət başında saxlanılıb. “İsti izlər”lə davam etdirilən tədbirlər zamanı saxlanılan şəxsin Ərçivan qəsəbəsindəki yaşadığı evdən ümumi çəkisi 3 kiloqram 697 qram narkotik vasitə tiryək, 2 bükümdə ümumi çəkisi 1,546 qram psixatrop maddə olan metamfetamin və 1 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Ş.Səmədov narkotik vasitəni Behman adlı İran vətəndaşından əldə etdiyini və satışını təşkil etmək üçün evində saxladığını bildirib.

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılı

Oxşar xəbərlər
OTACI