Nərimanov polisi dələduzluq edən şəxsi saxlayıb
Press.Az xəbər verir ki, Nərimanov RPİ 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Qasımovun 8700 manat pulunu dələduzluq yolu ilə ələ keçirən paytaxt sakini M.Mahmudov saxlanılıb.
Onun borclu şəxs qismində axtarışda olması məlum olub.
Nərimanov RPİ İstintaq şöbəsində CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.