logo
First slide

Anar Rzayev tənqidlərə cavab verməkdən imtina edib

30 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev yenidən birliyin sədri vəzifəsinə namizəd olması ilə əlaqədar tənqidlərə cavab verməkdən imtina edib.

Press.az xəbər verir ki, AYB sədri "Report"un əməkdaşının məsələ ilə bağlı sualını cavablandırmayıb.   

"Bu barədə heç nə danışmayacam", - deyə A.Rzayev bildirib. 

Qeyd edək ki, A.Rzayevin 82 yaşı var. O, 1987-ci ildən AYB-nin sədri vəzifəsini tutur. A.Rzayev bir neçə gün öncə növbəti dəfə birliyin sədrliyinə namizədliyini irəli sürəcəyini açıqlayıb. Bir qrup yazıçı və şair onun bu qərarını sərt tənqid edib. 

Oxşar xəbərlər