Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tovuzda yanacadoldurma məntəqəsinə məxsus pulu mənimsəyən şəxslər saxlanılıb - FOTO

19 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tovuzda yanacadoldurma məntəqəsinə məxsus pulu mənimsəyən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Press.az-a verilən məlumata görə, 18 yanvar 2020-ci il tarixində Tovuz rayon Qovlar şəhər sakini Röyal Əhmədov DİN-in “102” saylı Zəng Mərkəzi Xidmətinə müraciət edərək işlədiyi Qovlar şəhər ərazisindəki yanacaqdoldurma məntəqəsində naməlum şəxsin ona küt alətlə vuraraq məntəqəyə məxsus pulu aparması barədə məlumat verib.

Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçiridiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, R.Əhmədov əvvəlcədən dostları ilə planlaşdıraraq ona qarşı quldurluq hadisəsini törədilməsini təşkil edib. Bu işdə ona Tovuz rayon Qovlar şəhər sakinləri Hüseyn Cəfərov və Vüsal Quliyev köməklik edib. Hər üç şəxs saxlanılaraq RPŞ-a gətirilib. Saxlanılan şəxslər ilkin dindirilmə zamanı törətdikləri cinayət hadisəsini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI