Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sabunçu polisi narkotik satan qadını və kişini saxlayıb

17 Jan 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sabunçu polisi narkotik satan qadını və kişini saxlayıb

Press.Az xəbər verir ki, Sabunçu RPİ 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Salmanov saxlanılıb. 

Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

Araşdırma zamanı, A.Salmanovun narkotik vasitəni Bakıxanov qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Rzayevadan alması müəyyən edilib. Saxlanılan qadının evindən 1 kq. 256 qram heroin aşkar edilib. 

Bundan başqa, Sabunçu RPİ 42-ci polis bölməsi və DİN Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Ağayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq marixuana, “Mercedes” markalı avtomobilindən isə 3 kq. 111 qram marixuana və 1 kq. heroin götürülüb.

Faktlarla bağlı CM-nin 234-cü ( satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və satma) maddələri ilə cinayət işləri başlanılıb.

Oxşar xəbərlər
OTACI