Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda avtomobillərdən oğurluq edən 2 nəfər saxlanılıb

09 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda avtomobillərdən oğurluq edən 2 nəfər saxlanılıb

Press.Az
xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 avtomobildən mobil telefon, qızıl saat və ətir oğurlayan paytaxt sakini K.Məmmədov saxlanılıb.

Bundan başqa, Binəqədi RPİ 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 2-də “Hyundai” markalı avtomobildən akkumulyator oğurlayan paytaxt sakini, əvvəllər məhkum olunmuş B.Quliyev saxlanılıb.

Araşdırma zamanı, onun daha 2 avtomobildən akkumulyator oğurlaması məlum olub.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

Oxşar xəbərlər
OTACI