Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tovuz və Şəmkirdə evləri qarət edən şəxs saxlanılıb

03 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tovuz və Şəmkirdə evləri qarət edən şəxs saxlanılıb
 

Press.Az xəbər verir ki, Tovuz və Şəmkir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayonu ərazisindəki 2 evdən pul və qızıl-zinət əşyaları oğurlayan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş B.Sadıqov Şəmkir rayonu ərazisində saxlanılıb.

Araşdırma zamanı, onun Şəmkir rayonu ərazisindəki 4 evdən pul və qızıl-zinət əşyaları, 1 mağazadan tütün məmulatı, habelə Gəncə şəhər sakini F.Torkiyevlə birgə daha 1 evdən pul və qızıl-zinət əşyaları oğurlaması müəyyən edilib.

Keçirilmiş axtarış tədbirləri nəticəsində F.Torkiyev saxlanılıb.

CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Oxşar xəbərlər
OTACI