Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda 4 avtomobil toqquşdu: sürücülər arasında dava düşdü – VİDEO

18 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda baş vermiş qəza anı kameraya düşüb.

Press.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Aeroport yolunda baş verib. Sol zolaqla hərəkət edən “Subaru” markalı avtomobil qəza işıqlarını yandırır və asta sürətlə gedir. Bu zaman “Toyota” markalı avtomobilin sürücüsü sürəti azaldaraq ona yaxınlaşır və irad bildirir. Elə bu anda arxadan gələn “Hyundai” markalı avtomobil “Subaru”ya dəyir. Zərbənin gücündən “Subaru” “Toyota”ya çırpılır. Digər avtomobil isə “Toyota”ya dəyir. Bütün bu hadisələrin fonunda 5-ci avtomobil son anda yüngül toqquşma ilə qəzadan qurtulur.

Əsl film kimi olaylar isə bundan sonra başlayır. Bir anın içində avtomobillərdən düşən sürücü və şərnişinlər “Toyota” markalı avtomobilə tərəf qaçır. Sürcünü döyməyə başlayırlar. Magistral yolun ortasında bir neçə şəxs davaya qarışır. Sonda ərtafdakı digər avtomobillərin sürücüləri onları ayırırlar. Videonu təqdim edirik:

Oxşar xəbərlər
OTACI