Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Müslüm Maqomayevin həyat yoldaşı xəstəxanaya yerləşdirilib

12 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim, Azərbaycan klassik musiqisinin təsisçilərindən biri Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya təcili xəstəxanaya yerləşdirilib. 

Press.az "REN TV"yə istinadən xəbər verir ki, o, hazırda kardiocərrahiyyə şöbəsində müayinədən keçirilir.

Həkimlər müayinədən sonra əməliyyat və ya konservativ müalicə barədə qərar verəcəklər.

Xatırladaq ki, 1943-cü il iyulun 6-da anadan olan Tamara Sinyavskaya SSRİ Xalq artisti, Azərbaycanın Xalq artisti, musiqi sənətinin Əməkdar xadimidir. O, Rusiyanın "Şərəf" ordeni və IV dərəcəli "Vətənə xidmətlərinə görə" ordeni ilə təltif olunub.

Oxşar xəbərlər
OTACI