logo
First slide

Bakıda yerləşən tarixi karvansara baxımsız vəziyyətdə qalıb - VİDEO

04 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda yerləşən tarixi karvansara bərbad vəziyyətə düşüb. Divarının hər daşından tarix qoxusu gələn 600 yaşlı tarixi karvansara indi baxımsız hala düşüb.

Söhbət Şirvanşah hökmdarı Xəlilullahın əmri ilə 1439-1440-cı illərdə inşa edilən və hazırda paytaxtın Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşən karvansaradan gedir.

Qəsəbə sakini və həm də həmin ərazinin SSRİ dönəmində sovetliyinin rəhbəri olduğunu deyən Mirtağı Tağıyev bildirir ki, tarixi abidə 70-ci illərdə bir dəfə təmir edilib və daha sonra həmin ərazi restoran kimi istifadə olunub. Ancaq hazırda bu abidə sahibsiz qalıb.

İkimərtəbəli karvansaranın birinci mərtəbəsində adi qonaqlar və heyvanlar üçün yerlər olub. İkinci mərtəbədə isə xüsusi qonaqlar üçün nəzərdə tutulan 3 otaq fəaliyyət göstərib.

Karvansaranın əsas binası ilə yanaşı su təchizatı üçün inşa edilən ovdanlar da qismən yararsız hala düşüb.

Ən maraqlısı isə budur ki, 6 əsr keçməsinə baxmayaraq karvansaranın üzərindəki kitabə hələ də olduğu kimi qalmaqdadır.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mətbuat katibi Fariz Hüseynov "Xəzər Xəbər"ə bildirdi ki, ərazi tarixi abidələrin siyahısındadır və adı bərpa olunması üçün gələn ilin dövlət investisiya proqramına daxil edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Oxşar xəbərlər