Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycana qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlanıb - FOTO

14 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 27 ədəd mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Press.az-a verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "BMW 523" və "Qaz 31105 120" markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 2 ədəd "Samsung Galaxy A 10", 10 ədəd "Odscn B 350 E", 5 ədəd "Kgtel E1200", 10 ədəd "New Bee" markalı mobil telefonlar, 119 ədəd qidalandırıcı, 18 ədəd USB və 24 ədəd mobil telefon üçün qutu aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Azərbaycana qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlanıb (FOTO)

Azərbaycana qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlanıb (FOTO)

Oxşar xəbərlər
OTACI