Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

MEK-də Nərminə Rasizadənin "Kətan üzərində düşüncələr" adlı rəsm sərgisi təşkil edilib

05 Oct 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) rəssam Nərminə Rasizadənin "Kətan üzərində düşüncələr" adlı fərdi rəsm və dekorativ əsərlərindən ibarət sərginin açılışı olub.

Bu barədə Press.az-a AMEA Mərkəzi Elmi Kitabxanasının İctimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib. 

Tədbirdə çıxış edən MEK direktoru Leyla İmanova qeyd edib ki, Mərkəzi Elmi Kitabxana yalnız elmi mərkəz deyil, həmçinin müxtəlif informasiyaları oxuculara fərqli formatlatda təqdim edən məkandır.

Sərgidə nümayiş edilən əsərlər barədə məlumat verən rəssam N.Rasizadə sərgininin təşkil edilməsində verdiyi dəstəyə görə MEK kollektivinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Nərminə Rasizadənin rəsmləri Budapeşt, Brüssel, Lüksemburq, Parisdəki sərgilərdə iştirak edib. Rəssamlıq və dekorativ əsərlərinin 30-dan çoxu Azərbaycan, Türkiyə, Rusiya, Macarıstan, Fransa, Lüksemburq, İngiltərə və ABŞ-dakı şəxsi kolleksiyalardadır.

Məlumat üçün bildirək ki, sərgi oktyabrın 9-dək davam edəcək.

Oxşar xəbərlər
OTACI