Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qaxda yol qəzası olub, xəsarət alan var

15 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə axşam saatlarında Qax-Qıpçaq yolunun 10-cu kilometrliyində, rayonun Keşqutan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Mircəlal Kərim oğlu Nəsrullayevin idarə etdiyi 99-KX-126 dövlət qeydiyyat nişanlı, "Opel Vectra" markalı avtomobil meşə ərazisində idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Report

Oxşar xəbərlər
OTACI