Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sumqayıtda yol qəzasında 5 nəfəri öldürən sürücüyə hökm oxunub

11 Sep 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Ağır Cinayətlər Məhkəməsində  İlham Həsənovun (1977-ci il təv.) CM-nin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Press.Az xəbər verir ki, mayın 10-da Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində İlham Həsənovun idarə etdiyi “İVEKO” markalı yük avtomaşını ilə İlham Qasımovun (1969-cu il təv.) idarə etdiyi “Mersedes” markalı avtomobil toqquşub. Zərbədən dərəyə aşması nəticəsində “Mersedes” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər Saleh Musayev, Məhəbbət Musayeva, Amil Məmmədov və Vidadi Nuriyev hadisə yerində ölüblər. 

Yük avtomaşının sürücüsünün hadisə yerindən qaçması faktına görə DİN Baş İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb. İstintaq-əməliyyat tədbirləri nəticəsində
İ.Həsənov mayın 11-də şübhəli şəxs qismində tutulub. 

Məlum olub ki, “Mercedes” markalı avtomobildə olanlardan dördü 2 ailə idilər və onlar Goranboy rayonundan, əsgər görüşündən Şabrana qayıdırdılar. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 13 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Oxşar xəbərlər
OTACI