Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Agentlik: Lahıcda qəzalı vəziyyətdə olan “Hacı Paşa evi” ilə bağlı aidiyyəti quruma müraciət edilib

06 Aug 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Lahıcda qəzalı vəziyyətdə olan “Hacı Paşa evi”nin texniki vəziyyətinin müayinəsi üçün aidiyyəti quruma müraciət edilib.

Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib. 

Qeyd olunub ki, Lahıc qəsəbəsində, Girdiman çayının sahilindəki Əli Bayramov 11 ünvanında yerləşən 3 mərtəbəli 200 ildən çox yaşı olan “Hacı Paşa evi” adı ilə tanınan yaşayış evinin hazırda qəzalı vəziyyətdə olması ilə bağlı “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rəhbərliyi tərəfindən Dövlət Turizm Agentliyinə rəsmi məlumat verilib.

Aidiyyəti üzrə agentlik binanın vəziyyətinin foto təsviri ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə sözügedən binanın texniki vəziyyətinin müayinəsi üçün müraciət ünvanlayıb.

Qeyd edək ki, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarı ilə Dövlət Turizm Agentliyinin tabeliyinə verilib.

Report

Oxşar xəbərlər
OTACI