Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ümumdünya İrs Şəhərləri Təşkilatının baş katibi: "Şəki ilə bağlı bir çox layihələrimiz var" - VİDEO

11 Jul 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının iştirakçıları açıqlamalarında Şəki şəhərinin tarixi mərkəzinini və Xan Sarayının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi haqqında fikirlərini bölüşüblər.

Ümumdünya İrs Şəhərləri Təşkilatının (OWHC) baş katibi Denis Rikardqeyd edib ki, bu, uzun, amma xoş yol idi: "Şəkinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinə görə şadam. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşdük və gələcək addımları müzakirə etdik. Şəki ilə bağlı böyük ümidlərimiz və bir çox layihələrimiz var".

Ümumdünya İrs Şəhərləri Təşkilatının baş katibin müavini Fuli Minaidi isə bildirib ki, Azərbaycan görməli yerlər və tarixi məkanlarla zəngindir və bunlara diqqət ayırmaq lazımdır.

"Biz çox şadıq ki, Azərbaycanın daha bir şəhəri - Şəki UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Demək istəyirəm ki, İçəri Şəhər təşkilatımızın ən aktiv üzvlərindəndir. Şəkini sıralarımıza qəbul etməyə hazırlaşarkən hələ keçən ilin oktyabr ayında burada olduq. Budəfəki səfərimdə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində də olduq. Oranı çox bəyəndik. Bakıda və ondan kənarda gördüklərimiz fantastik mənzərədir", - o deyib.

Öz növbəsində, Efiopiyadan olan universitet müəllimi Azərbaycandakı gündəlik məişət həyatının xüsusiyyətlərini vurğulayıb: "Azərbaycana səfərim məni çox təsirləndirdi. İnsanların və hökumətin mədəni və təbii irsin müdafiəsinə göstərdiyi diqqət məndə olduqca xoş təəssüratlar yaratdı. Mənim üçün Azərbaycanda hər şeyin necə təqdim olunması, ifadə edilməsi xüsusi oldu. Bu, həyatın bütün sahələrindən olan insanların mədəniyyətini və şəxsiyyətini anlamağa və dərk etməyə çox kömək edir".

Report

Oxşar xəbərlər
OTACI