Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gəncədə oğurluq edən 5 nəfər saxlanılıb

12 Jun 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gəncədə oğurluq edən 5 nəfər saxlanılıb

Press.Az
xəbər verir ki, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 3 həyətyanı sahədən su mühərriki, elektrik naqili, təmir-tikinti alətləri və məişət əşyaları, habelə qəbirlərin üzərində quraşdırılmış 3 ədəd alüminium güldanı oğurlayan Gəncə şəhər sakini İ.Hümbətov və Goranboy rayon sakini E.Cəfərov saxlanılıblar.
 

Bundan başqa, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 4 evdən su sayğacı və su mühərriki, habelə 2 avtomobildən akkumulyator oğurlayan Gəncə şəhər sakini S.Abbasov saxlanılıb.

Nizami RPİ-nin əməkdaşları tərəfindən iyunun 8-də rayon ərazisindəki köşkdən 250 manat oğurlayan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Məmmədov saxlanılıb.

Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində 3 avtomobildən akkumulyator və maqnitofon oğurlayan Gəncə şəhər sakini N.Abbasov saxlanılıb. 

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.

Oxşar xəbərlər
OTACI