Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gürcüstandan gələn avtomobildə narkotik vasitə aşkarlanıb

23 Apr 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna daxil olan Gürcüstan vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobilə gömrük baxışı keçirilib.

Komitədən Press.az-a verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin cihazlar panelindəki əşya qoyulması üçün nəzərdə tutulan sandıqçada 1 ədəd kağız bükülüdə tünd qəhvəyi, iysiz, bərk halda, çəkisi 1 qram olan narkotik vasitə - həşiş qətranı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI