Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Mazımçay"da narkotik keçirmək istəyən şəxs saxlanılıb

16 Apr 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşına məxsus əl çantası rentgendən keçirilərkən monitorda şübhəli təsvirlər müşahidə olunub. Bundan sonra gömrükçülər tərəfindən həmin vətəndaşın əl çantasına baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Press.az-a verilən məlumata görə, baxış zamanı çantadakı pul qabının içərisində gömrük orqanına bəyan olunmayan 2 ədəd bükülüdə 1 qram narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI