Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda ağır yol qəzası: 3 nəfər xəsarət alıb

18 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cəlilabad rayonunda yol qəzası baş verib.

Press.az-ın "Report"a istinadən məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayonun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "VAZ-2106" markalı minik avtomobilinin maneyə çırpılması nəticəsində ən azı 3 nəfər xəsarət alıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Cəlilabadda yol qəzasında xəsarət alanlar hamısı Cəlilabad rayon sakinləridir. 

Bunlar 1987-ci il təvəllüdlü Zaur Əliyev, 1953-cü il təvəllüdlü Məmməd Məmmədov və 1957-ci il təvəllüdlü Töhfə Məmmədovadır.  Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI