Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəhidin arvadı qaynı tərəfindən öldürüldü

13 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xızıda qadın qohumunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Press.az xəbər verir ki, bu barədə Xızı rayon prokurorluğu məlumat yayıb.

Mayın 13-ü saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə şübhəli şəxs qismində saxlanılan Taleh Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.

İbtidai istintaq davam edir.

APA-nın əldə etdiyi məlumata görə, Ləman Qurbanova sentyabr hadisələrində şəhid olmuş Saleh Qurbanovun həyat yoldaşıdır. Taleh Qurbanov isə onun qaynıdır.

Oxşar xəbərlər
OTACI