Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cəlilabadda mikroavtobus aşıb: yaralananlar var - YENİLƏNİB

11 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “113” Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

TƏBİB-dən Press.az-a bildirilib ki, hadisə nəticəsində xəsarət alan 8 (7 qadın, 1 uşaq) nəfər TƏBİB-in tabeliyindəki Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş olan 6 nəfər (uşaq da daxil olmaqla) ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsinin Cərrahiyyə şöbəsində 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağırdır.

***

Cəlilabadda baş verən qəzada xəsarət alanlar kartof sahəsində çalışan fəhlələr olub.

Press.az APA-ya istinadla xəbər verir ki, ilkin ehtimala görə, qəzaya səbəb mikroavtobusun sükanında yaranmış problem olub.

Sürücü idarəetməni itirib və mikroavtobus yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində 8 nəfər xəsarət alıb.

Xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində mikroavtobus aşıb.

Press.az "Report"a istinadla xəbər verir kii, nəticədə 10-na yaxın şəxs xəsarət alıb.

Hazırda yaralılar xəstəxanaya aparılır.

Faktla bağlı araşdırma başlayıb.

Oxşar xəbərlər
OTACI