Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Təbrizli sənətçilərin filmi bu festivalda qalib oldu

28 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Təbrizli sənətçilərin hazırladığı "Su = Həyat" animasiya filmi ABŞ-da keçirilən Dünya su filmləri festivalında ən yaxşı animasiya mükafatına layiq görülüb.

Press.az xəbər verir ki, festival Nyu Yorkdakı Kolumbiya Universitetində BMT nümayəndələri və ətraf mühit üzrə ekspertlərinin iştirakı ilə keçirilib.

Filmin rejissoru Məhəmməd Zare, prodüseri Əkrəm Xoşvəqt, ssenari müəllifi isə Rəna Vaezidir.

Məhəmməd Zare festivalın tamaşaçıları qarşısında qısa çıxışında Urmiya gölünün ağır vəziyyətindən, bu ekoloji böhrana diqqət yetirilməsinin zəruriliyindən və suyun həyati əhəmiyyətindən danışıb.

Oxşar xəbərlər
OTACI