Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“BMW” ən azı daha 10 il daxili yanma mühərrikləri istehsal etməyi planlaşdırır

12 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Almaniyanın avtomobil istehsalçısı "BMW" ən azı daha 10 il daxili yanma mühərrikləri istehsal etməyi planlaşdırır və krossoverlərdə quraşdırılacaq yeni benzin mühərrikləri hazırlayır.

Bu barədə report Almaniya mətbuatına istinadən xəbər verir.

Xüsusilə, "Handelsblatt" qəzeti mənbələri bildirib ki, avtomobillərin təqdim edilməsi ilə bağlı bütün öhdəliklərə baxmayaraq, "BMW X" seriyalı krossoverlər yaxın onillikdə benzin və dizel mühərrikləri ilə istehsal olunacaq.

Yeni benzin mühərriklərinin ABŞ-dakı zavodda istehsal olunan "BMW X3" və "X5" avtomobillərində quraşdırılması planlaşdırılır.

"Automobilwoche" nəşri isə qeyd edib ki, "BMW"nin rəhbəri Oliver Zipse əvvəllər daxili yanma mühərrikindən çox erkən və düşünülməmiş imtinaya qarşı xəbərdarlıq edib və bu baxımdan müxtəlif ölkələrin bazarlarının tələblərinin nəzərə alınmasını təklif edib.

Oxşar xəbərlər
OTACI