Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazirlik Xalq artistinə yardım göstərəcək - YENİLƏNİB

09 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xalq artisti Ənvər Həsənova köməklik göstəriləcək.

Bu barədə Mədəniyyət Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

“2023-cü il martın 9-da xalq artisti Ənvər Həsənovun səhhətində yaranmış problemlərlə əlaqədar mediada getmiş məlumatlarla bağlı bildiririk ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə rəsmi müraciət olunmasa da, məlumat mətbuatda yayımlandıqdan dərhal sonra Ə.Həsənovun ailə üzvləri ilə əlaqə saxlanılıb və onların istəkləri dinlənilib. Bildiririk ki, sözügedən məsələ ilə bağlı Ə.Həsənova müvafiq istiqamətdə mümkün dəstək və köməklik göstəriləcək”, - məlumatda vurğulanıb.

15:24

Bir neçə ay öncə səhhətində ciddi problemlər yaranan Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova atasının səhhətindən danışıb. 

Oxu.az-a danışan Aytən Həsənova bildirib ki, atasının vəziyyəti yaxşı deyil:

“Atamın səhhətində heç bir irəliləyiş yoxdur, vəziyyəti yaxşı deyil. Şəkər, təzyiq və yuxusuzluqdan əziyyət çəkir. Son vaxtlar da güclü ayaq ağrıları var. Ayaqları tez-tez tutulur, yeriyə bilmir. Hər saat xəstəxanaya getməyə də maddi imkanımız yoxdur. Mədəniyyət Nazirliyi isə bizimlə, ümumiyyətlə, maraqlanmır, müraciətlərimizə baxılmır. İndiyə qədər nə etmişiksə, hamısı öz gücümüzə olub. Atam bu biganəlikdən çox incikdir”.

 

Oxşar xəbərlər
OTACI