Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ucarda ağır qəza - 7 nəfər yaralandı

04 Mar 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ucarda ağır yol qəzası baş verib, yeddi nəfər xəsarət alıb.

Press.az ”Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" və "Hyundai" markalı minik avtomobilləri toqquşub. "Hyundai" markalı avtomobil yoldan çıxaraq su arxına aşıb.

"Mercedes"də olan 4 nəfər, Kəlbəcər rayon sakinləri - 1964-ci il təvəllüdlü Zerif Tanrıverdi oğlu Kazımov, 1959-cı il təvəllüdlü Talıb Nəriman oğlu Ağalarov, 1965-ci il təvəllüdlü Lətafət Pənah qızı Səfərova və 1967-ci il təvəllüdlü Zöhrə Fərman qızı Ağalarova, "Hyundal"da olan, adları açıqlanmayan 25-30 yaşlarında 3 qadın isə müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI