Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəhid Orxan Əsgərovun nəşi İkinci Şəhidlər xiyabanına gətirildi - YENİLƏNİR

30 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəhid Orxan Əsgərovun nəşi torpağa tapşırılması üçün İkinci Şəhidlər xiyabanına gətirilib. 

Press.az Oxu.Az -a istinadən xəbər verir ki, dəfn mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, daxili işlər naziri Vilayət Eyvazov, müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Mədət Quliyev, müdafiə nazirinin müavini Kərim Vəliyev, şəhidimizin yaxınları, ictimaiyyət və media nümayəndələri iştirak edirlər.

Şəhid Orxan Əsgərovla vida mərasimi başa çatıb. 

Press.az Oxu.Az-a istinadən  xəbər verir ki, mərasim mərhumun Yasamaldakı evinin qarşısında keçirilib. 

Şəhidimizin nəşi dəfn olunmaq üçün İkinci Şəhidlər xiyabanına aparılır

10:41

Şəhid Orxan Əsgərovun nəşi Yasamaldakı evinin qarşısına gətirilib.

Press.az Oxu.Az xəbər verir ki, vida mərasimi keçirilən ərazidə fəxri qarovul dəstəsi düzülüb.

Vida mərasimində xarici işlər nazirinin müavini Xələf Xələfov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavinləri hacı Surxay Məmmədli və hacı Fuad Nurullayev, deputat Məlahət İbrahimqızı, eləcə də digər rəsmi şəxslər iştirak edirlər.

Oxşar xəbərlər
OTACI