First slide

Polisdən yol soruşan sürücü cərimələndi – Nazirə və Prokurorluğa ŞİKAYƏT

23 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Lənkəranda yol polisləri tərəfindən haqsız yerə cərimələndiyini iddia edən Kamal Əzizov adlı sürücü Avtosfer.az-ın qaynar xəttinə şikayət ünvanlayıb.

O bildirir ki, həyat yoldaşı hamilə olduğu üçün səhhətində problem yaranıb. Bu səbəbdən yoldaşını Lənkəran şəhərində yerləşən xəstəxanaya aparmalı olub:

“Yanvarın 21-də həyat yoldaşımı təcili olaraq xəstəxanaya aparmalı oldum. İdarə etdiyim 90-CC-470 qeydiyyat nişanlı avtomobilimlə hərəkətdə olarkən yol polisi əməkdaşları saxla işarəsi verdilər. Mən maşından düşüb onların maşınına yaxınlaşdım, heç bir qayda pozuntusuna yol vermədiyimi, avtomobilimdə ağır vəziyyətdə olan hamilə həyat yoldaşımın olduğunu, təcili xəstəxanaya çatdırmalı olduğumu bildiridim və mümkün qədər xəstəxananın istiqamətini mənə göstərməyi və ya yolu təsvir etməyini xahiş etdim. Gecə yoldaşımın ağrıları olduğundan yatmadığım üçün gözlərimdən yorğunluğum hiss olunurdu.

Onlar bunu sezib mənim içkili və ya narkotikin təsiri altında olduğumdan şübhələndilər. Bu səbəbdən narkoloji yoxlamaya getməli olduğumu bildirdilər. Mən bir daha onlara həyat yoldaşımın vəziyyətinin ağır olduğunu, onunla əlaqədar gecə yatmadığımı və həyat yoldaşımı təcili tibbi yardıma ehtiyacı olduğu üçün xəstəxanaya çatdırmalı olduğumu bildirdim. Bütün bunlara baxmayaraq onlar məni narkoloji yoxlamaya apardılar. Yoxlama zamanı testin nəticəsi neqativ çıxdı.

Mən narkoloji testin nəticəsini tələb edən zaman onlar mənə “nəticə bizdə qalsın get, əks halda sənə cərimə yazacağıq”.

Mən nəticəni alıb oradan çıxdım və evə gəldikdən sonra SMS gəldi ki, təhlükəsizlik kəmərindən istifadə etmədiyim üçün barəmdə IXP 5175738 saylı protokol tərtib ediblər. Cənab nazir! Mən sosial şəbəkələrdə Azərbaycan polisinin insanların dara düşdüklərində onlara necə həvəslə yardım etdiyini, bir polis kimi vətəndaşlıq borclarını şərəflə yerinə yetirdiklərini görəndə polislərimizlə fəxr edir, qürur duyuram. Lakin mənə qarşı olan bu hərəkət məni məyus etdi” – deyə sürücü Kamal  Əzizov bildirib.

O, bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa şikayət ünvanladığını bildirib.

Oxşar xəbərlər
OTACI