Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Əvvəl arvadını bıçaqladı, sonra intihar etdi - Bakıda dəhşət

22 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün saat 20 radələrində paytaxtın Binəqədi rayon sakinləri Pərvanə İsmayılovanın xəsarət alması və Atəş Cuvarovun isə birgə yaşadıqları evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon prokurorluğundan Press.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən ekspert-kriminalistin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb.

İlkin araşdırma zamanı 1987-ci il təvəllüdlü Atəş Cuvarovun aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə 1983-cü il təvəllüdlü arvadı Pərvanə İsmayılovaya xəsarət yetirərək qəsdən öldürməyə cəhd etməsinə, daha sonra isə həmin alətlə özünə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələrilə cinayət işi başlanıb. 

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Oxşar xəbərlər
OTACI