Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda uşaqlar mağazanı belə soymaq istədilər - ALINMADI - VİDEO

20 Jan 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda soyğunçuluğa cəhd edilib.

Press.az bildirir ki, big.az-a daxil olan şikayətə əsasən, oğrular gecə saat 2-3 radələrində Binəqədi rayonu, Ziya Bünyadov prospektində, 9 və 11-ci binanın həyətində yerləşən "Yaşıl market"in qapısını qırıblar.

Lakin qırılan qapının arxasında böyük soyuducular olduğundan onlar içəri daxil ola bilməyiblər. Yan tərəfdəki əsas qapının dəmir jalüzlərini də qıra bilməyən soyğunçular məqsədlərinə çatmadan məkandan uzaqlaşıblar.

Müşahidə kamerası vasitəsi ilə çəkilən videodan göründüyü kimi, hadisə azyaşlılar tərəfindən törədilib.

Aidiyyəti qurumların tədbir görməsi xahiş olunur.

Cinayət anının əks olunduğu kadrları təqdim edirik.

 

Oxşar xəbərlər
OTACI